MAVEIX E-Platforması
Bu İstifadəçi şərtləri və qaydalar (bundan sonra “Şərtlər”) “Eco Media Services” MMC-nin (bundan sonra “Maveix”) mülkiyyətində olan maveixapp.com internet səhifəsində (bundan sonra “e-platforma”) xidmətlərin göstərilməsi üzrə ümumi şərtləri və məxfiliyə dair normaları müəyyən edir. E-platformaya daxil olmaq və istifadə etmək bu Şərtlərin qəbul olunduğu və onlarla razılaşıldığı anlamına gəlir. İstifadə şərtləri ilə razılıq olmadığı təqdirdə Platformadan istifadə etməmək tövsiyə olunur.
2.1. İstifadəçi — e-platformaya daxil olaraq, qeydiyyatdan keçməklə şəxsi kabinet yaradan və ya e-platformanın funksiyalarından istifadə edən istənilən fiziki və ya hüquqi şəxslərdir.
2.2. Şəxsi kabinet — İstifadəçinin e-platformada qeydiyyatdan keçməklə əldə etdiyi, autentifikasiya vasitəsilə daxil olduğu və fərdi məlumatlarının, hesab parametrlərinin, bildirişlərinin, xidmət tarixçəsinin və digər funksionallıqların idarə olunduğu fərdi idarəetmə bölməsi.
2.3. Xidmətlər — e-platformada göstərilən məkanlarda reklam yayımı istəyən fiziki və hüquqi şəxslər üçün tələb olunan formatda reklam materiallarının yerləşdirilməsi, buna dair müvafiq xidmətlərin alınması və bununla əlaqədar digər hərəkətlərin məcmusu.
2.4. Fərdi məlumatlar — müqavilə bağlanılması və xidmət göstərilməsi üçün tələb olunan fərdi məlumatların yerləşdirilməsi.
3.1. Reklam xidmətlərinin göstərilməsi üzrə e-platforma üzərində sifariş prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
3.2.1. İstifadəçi e-platformada reklam yayım sifarişi vermək üçün müvafiq məlumatları təqdim etməklə qeydiyyatdan keçərək “Şəxsi kabinet” yaratmalıdır.
3.2.2. İstifadəçi daxil edilən fərdi məlumatların düzgünlüyünə, həqiqiliyinə və tamlığına təminat verir və əsassız, həqiqətə uyğun olmayan məlumat verilməsinə görə məsuliyyət daşıyır.
3.3. Reklam yayım məkanlarının seçimi — İstifadəçi reklamın yayım ünvanı, yerləşməsi və ölçü spesifikasiyalarının əks olunduğu monitor və ekranlarda müvafiq sahəni seçmək hüququna malikdir.
3.4. Sifarişin təsdiqi və ödənişin aparılması — Qəbul edilən sifarişlər Maveix tərəfindən senzura edilərək uyğun olduğu təqdirdə “Təsdiqlənmiş” statusuna alınır və İstifadəçinin elektron poçt ünvanına təsdiq məktubu göndərilir. Ödəniş bank tərəfindən tam təhlükəsiz formada həyata keçirilir.
4.1. İstifadəçi təqdim etdiyi reklam materiallarının məzmununun Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununa və etik normalara uyğunluğuna görə birbaşa məsuliyyət daşıyır. Reklam yayım məkanlarının tələblərinə uyğun olmayan videoçarxlar senzura zamanı təsdiq edilmir.
4.2. İstifadəçi reklam məzmunu üzərində bütün hüquqlara sahib olmalı və üçüncü tərəflərin mülkiyyət hüquqlarını pozmamalıdır.
4.3. E-platforma İstifadəçi tərəfindən təqdim edilən reklamın məzmununun düzgünlüyü və qanuniliyi ilə bağlı məsuliyyət daşımır.
5.1. AR qanunvericiliyi, e-platforma tələbləri və razılaşdırılmış şərtlər pozulduğu təqdirdə reklam yayım xidmətləri dayandırılır.
5.2. Maveix qanunvericiliyə zidd davranışlar və ya bu şərtlərin pozulması hallarında İstifadəçinin hesabını bağlamaq hüququna malikdir.
5.3. Reklam sahələrində təmir, texniki işlər və ya digər səbəblərdən dayanma ehtimalı olarsa, Maveix İstifadəçiyə əvvəlcədən məlumat verməklə reklam sahəsini dəyişdirmək və ya digər tarixlərə təxirə salmaq hüququna malikdir.
6.1. Maveix Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq istifadəçilərin məlumatlarının toplanma və arxivləşmə emalını həyata keçirir.
6.2. Məlumatlar aşağıdakı məqsədlər üçün toplanır: identifikasiya; şikayətlərin araşdırılması və təhlükəsizliyin təmini; anonimləşdirilmiş statistik araşdırmalar; xidmət keyfiyyətinin yaxşılaşdırılması.
6.3. İstifadəçi Platformadan istifadə etməklə fərdi və analitik məlumatlarının toplanmasına, arxivləşməsinə və emalına razılıq vermiş hesab olunur.
Bu e-platformadakı bütün məlumatlar, mətnlər, dizayn, markalar və loqolar Maveix-ə məxsusdur və onun icazəsi olmadan qismən və ya tamamilə çoxaldıla və yenidən emal edilə bilməz. Əks halda bu, müəllif hüquqlarının pozulması hesab olunur.
Maveix İstifadəçiyə xəbərdarlıq etmədən istənilən vaxt bu şərtlərə və saytda yerləşdirilmiş məzmuna dəyişikliklər etmək hüququnu özündə saxlayır. Bu Şərtlərdə əhatə olunmayan münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir.
Əlaqə:
E-poçt: mednetwork.az@gmail.com
Telefon: +994 51 894 70 96