MAVEIX
Son yenilənmə: 21.09.2026
MAVEIX-dən istifadə edərkən yalnız xidmətin işləməsi üçün lazım olan məlumatları toplayırıq. Məlumatlarınızı satmırıq və reklam məqsədilə üçüncü şəxslərə vermirik.
Bütün istifadəçilər: ad, soyad, e-poçt ünvanı, telefon nömrəsi və parol.
Reklam sifarişi verərkən: reklam videosu/şəkli, seçilmiş məkan və müddət, sifariş və ödəniş tarixçəsi.
Public profil və operator hesabları üçün: profil şəkli, vəzifə, haqqında məlumat, sosial şəbəkə linkləri, məhsul/xidmət təsvirləri, şəkillər və videolar. Hesabın aktivləşdirilməsi üçün isə yalnız Epoint hesab ID və (public profil üçün) şəxsiyyəti təsdiqləyən qısa video. Bu məlumatlar ödənişlərin köçürülməsi üçün lazımdır və adi müştərilərdən istənilmir.
Avtomatik: cihaz növü, tətbiq versiyası, dil seçimi, bildiriş tokeni (yalnız icazə verdikdə) və texniki jurnal qeydləri.
Məlumatlar yalnız xidmətin işləməsi üçün zəruri olan həcmdə paylaşılır:
Public profil hesablarının adı, profil şəkli, vəzifəsi, haqqında məlumatı, təsdiqlənmiş məhsulları və portfoliosu digər istifadəçilər tərəfindən görünür. Bunları istənilən vaxt dəyişə və ya silə bilərsiniz.
Hesabın aktivləşdirilməsi üçün göndərilən video və Epoint hesab ID AÇIQ GÖRÜNMÜR — onlar yalnız yoxlamanı aparan məsul əməkdaşlar tərəfindən görülür.
Məlumatlar hesab aktiv olduğu müddətdə saxlanılır. Hesab silindikdə şəxsi məlumatlar silinir; sifariş, ödəniş və müqavilə qeydləri isə mühasibat tələblərinə görə anonim şəkildə saxlanılır.
Məlumatlar şifrələnmiş bağlantı (HTTPS) ilə ötürülür, parollar geri qaytarıla bilməyən şəkildə saxlanılır, video və sənədlərə giriş yalnız müddəti məhdud, imzalı linklərlə mümkündür.
Hesabınızı istənilən vaxt özünüz silə bilərsiniz: tətbiqdə və saytda Profil → Parametrlər → Hesabı sil.
Davam edən sifarişiniz varsa — təsdiq gözləyən, təsdiqlənmiş, ödənilmiş, hazırlanan və ya yayımda olan — hesab silinmir. Bütün sifarişlər tamamlandıqdan sonra silmək mümkün olur.
Silmə ilə bağlı köməyə ehtiyacınız olarsa: info@maveixapp.com
Sayt yalnız işləmək üçün zəruri kukilərdən istifadə edir: sessiya, dil və valyuta seçimi. Reklam və izləmə məqsədli üçüncü tərəf kukiləri yoxdur.
Platformadan 13 yaşından yuxarı istənilən şəxs istifadə edə bilər. 13 yaşından kiçik şəxslərdən məlumat toplamırıq.
Bu sənəd yenilənə bilər — yenilənmiş versiya bu səhifədə dərc olunur.
Suallar üçün: info@maveixapp.com · +994 51 894 70 96